10 C
Baku
Thursday, December 12, 2024

SOCAR: “Qazprom”la qaz müqaviləsi birgə əməkdaşlığın tərkib hissəsidir

SOCAR və Rusiyanın “Qazprom” şirkəti arasındakı qaz alqı-satqısı müqaviləsi tərəflər arasında birgə əməkdaşlığın tərkib hissəsidir.

Bu barədə “Qazprom”un Azərbaycana yeni qaz alqı-satqısı müqaviləsi çərçivəsində qaz tədarükünün başlanılması ilə bağlı sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.

 

“SOCAR və “Qazprom” şirkətləri son 10 ildə qaz tədarükü, həmçinin qaz-kimya müəssisələrində qazdan istifadə sahəsində müntəzəm olaraq əməkdaşlıq edir. Bu xüsusda hər iki şirkət qaz axınlarının qarşılıqlı mübadiləsinin təşkili ilə öz infrastrukturlarını optimallaşdırmağa çalışır. Sözügedən müqavilə də birgə əməkdaşlığın tərkib hissəsidir”, – məlumatda qeyd olunur.

Xatırladaq ki, “Qazprom”un yaydığı məlumata əsasən, noyabrın 15-də yeni qaz alqı-satqısı müqaviləsi çərçivəsində Rusiya qazının Azərbaycana tədarükü başlayıb. Sənəd “Qazprom Eksport” və SOCAR arasında imzalanıb. Müqavilə 2023-cü ilin mart ayına qədər 1 milyard kubmetrədək qaz tədarükünü nəzərdə tutur.

Son xəbərlər
Digər xəbərlər