22 C
Baku
Saturday, April 20, 2024

SOCAR son 11 ildə AFFA-ya 133 mln. manat ayırıb

AFFA prezidenti Rövnəq Abdullayev SOCAR-da da tutduğu eyni vəzifədən ayrılıb.

O, təxminən 14 il hər iki quruma paralel rəhbərlik edib.

Bu illər ərzində AFFA-nın əsas gəlir mənbəyi məhz SOCAR olub. Şirkət sponsoru olduğu assosiasiyaya böyük vəsaitlər ayırıb.

Təkcə son 11 ildə SOCAR-dan AFFA-ya verilən vəsaitlərə baxmaq kifayətdir. Apasport.az saytının hesablamasına əsasən, bu müddətdə futbolumuza 132 771 400 manat ayrılıb.

Rekord rəqəm 2013-cü ilə təsadüf edib. Həmin vaxt Dövlət Neft Şirkəti futbola 18 milyon yatırıb. Son 11 ilin antirekordu isə 2017-ci ildə olub. Həmin vaxt bu məbləğ 7 rəqəmlə ifadə olunub, yəni 10 milyon həddinə çatmayıb.

Qeyd edək ki, Abdullayev 2005-ci ildən 2022-ci ilədək SOCAR-a rəhbərlik edib. O, 2008-ci ilin martından AFFA prezidentidir. Abdullayev sonuncu dəfə 2020-ci ildə 4 il müddətinə bu vəzifəyə seçilib.

SOCAR-dan AFFA-ya ayrılan vəsaitlər (illər üzrə)

2011 – 11109000
2012 – 10923500
2013 – 18000000
2014 – 14000000
2015 – 12900000
2016 – 11189490
2017 – 8234150
2018 – 11050500
2019 – 11964760
2020 – 11400000
2021 – 12000000

Cəmi – 132771400

MənbəAPA
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər