6 C
Baku
Sunday, December 15, 2024

SOCAR-STP ikinci ilini də zərərlə bitirib

SOCAR və Sumqayıt Texnologiyalar Parkı MMC-nin birgə müəssisəsi olan “SOCAR-STP” MMC ikinci ildir ki, ardıcıl zərər edir.

Banker.az xəbər verir ki, birgə müəssisə 2021-ci ildə 32 milyon manatlıq gəlirə sahib olmaqla öncəki ili 8 dəfə üstələyib. 

Lakin gənc şirkətin gəlirləri hələ də xərclərini qarşılaya bilmir və ili 6 milyon manatlıq zərər edib. 2020-ci ildə onun zərəri 3 mln. idi.

Bununla da onun balansında artıq 9 milyon manatlıq yığılmış zərər mövcuddur.

Bununla da şirkətin 1 yanvar 2022-ci il tarixinə 19 milyon manatlıq aktivləri və 26 milyon manatlıq öhdəlikləri olub. Yəni burada 7 mln. manata yaxın kapital defisiti ilə bağlı işarə var.

Təsadüfi sayıla bilməz ki, cari ilin əvvəlindən “SOCAR-STP” nizamnamə kapitalını 1.7 mln. manatdan 10 milyon manata qaldırmışdı.

“SOCAR-STP” 2020-ci ilin aprelində yaradılıb. Səhmlərini SOCAR və STP yarı-yarı bölürlər.

“SOCAR-STP” birgə müəssisə MDB regionunun ən böyük mexaniki avadanlıq emalatxanası və ağır kranlar zavodunu əhatə edən istehsalatı idarə edir.

Son xəbərlər
Digər xəbərlər