9 C
Baku
Wednesday, December 11, 2024

“SOCAR Turkey”in SOCAR-ın tərkibindəki payı 35 faizdir

“SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) SOCAR-ın tərkibindəki payı 35 faizdir.

Bu barədə STEAŞ-ın baş direktoru Zaur Qəhrəmanov deyib.

Onun sözlərinə görə, 2020-ci ilədək Türkiyədə nəzərdə tutulan 19,5 milyard dollarlıq sərmayənin 14,2 milyard dolları investisiya edilib. Şirkət yeni neft-kimya kompleksi üçün təxminən 1,8 milyard dollar yatıracaq. Kompleksin 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur. BP bu layihədə əsas şərikdir. Lakin layihəyə 10-15 faizlik səhmə sahib olmaqla yeni tərəfdaş da qoşulacaq: “Hazırda STEAŞ-ın bazar dəyəri 11 milyard dollardır. “SOCAR Turkey”in SOCAR-ın tərkibindəki payı 35 faizdir”.

Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. SOCAR bu ölkənin ən böyük xarici investoru olmağı hədəfləyir. Bundan başqa, STEAŞ 2023-cü ilədək Türkiyənin ən böyük sənaye şirkəti olmaq niyyətindədir.

©Marja

Son xəbərlər
Digər xəbərlər