2020-ci il üzrə qazma, hasilat, emal və ixrac göstəriciləri açıqlanıb.
Banker.az xəbər verir ki, 2020-ci il ərzində SOCAR tərəfindən xarici bazarlara 17,9 milyon ton xam neft ixrac edilib.
Nəzərə çatdırmaq lazımdır ki, şirkətimiz öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq şirkətlər konsorsiumları tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus olan mənfəət payını da ixrac edir.