13 C
Baku
Tuesday, May 7, 2024

SoftBank DreamWorks-u alır?!

Yaponiyanın Softbank Corp şirkəti Amerikanın “Shrek” və “Madagaskar” kimi məşhur cizgi filmlərinin yaradıcısı olan DreamWorks Animation SKG studiyasını əldə etmək barədə danışıqlar aparır. 

Danışıqlar barədə ilkin məlumat Hollywood Reporter nəşrinə əsasən verilmişdir və nəşr müqaviləni 3,4 milyard dollar olaraq qiymətləndirmişdir.

Hollywood Reporter məlumatına görə SoftBank DreamWorks-un 1 səhminə görə 32 dollar təklif edir. Cümə günü Amerika şirkətinin səhmi hərracı 22,36 dollar həddində başa vurmuşdur.

Qeyd edək ki, SoftBank nümayəndələri məsələ ilə bağlı şərh verməkdən imtina etmişlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər