Almaniya kansleri Olaf Şolts Avropa İttifaqı ölkələrini qazın qiymətini azaltmaq üçün təkliflər verib.
Kansler bunun üçün Yaponiya və Cənubi Koreyadakı müttəfiqlərlə ittifaq yaratmağı təklif edib.
Nəşrin yazdığına görə, Şolts bu ideyanı Aİ liderlərinə Praqada keçirilən sammit də deyib.
Onun planına görə, Almaniya ilin sonuna qədər davam edəcək G7 sədrliyindən qazın qiymətini aşağı salmaq üçün qlobal ittifaq yaratmaq üçün istifadə edəcək.
Qrupa G7 dövlətləri və dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz alıcıları arasında olan Yaponiya və Cənubi Koreya kimi enerji qıtlığı olan Asiya ölkələri daxil olacaq.
Bu plan onlara qazın bir-birini ötməməsinə imkan verməli, həmçinin ABŞ, Kanada və Norveç kimi əsas qaz ixrac edən ölkələrə onları qiymətləri azaltmağa razı salmaq üçün birgə müraciət etməli idi.
Bundan əvvəl Polşanın baş naziri Mateuş Moravetski Almaniya hakimiyyətinin milli sənayeyə antiböhran dəstəyi üçün 200 milyard avro ayırmaq planlarının Aİ-nin vahid bazarının normalarına zidd olduğunu bildirib.