16 C
Baku
Thursday, April 18, 2024

Şolts: “G7 Ukraynaya 39 milyard dollar ayıracaq”

Böyük Yeddilik (G7) ölkələri Ukraynaya dəstək üçün 39 milyard dollar maliyyə yardımı ayırıb.

Bu barədə cümə günü Almaniya kansleri Olaf Şolts G7-nin videokonfrans formatında keçirilən görüşündən sonra bildirib.

“Biz Ukrayna Prezidenti Vladimir Zelenskini bir daha əmin etdik ki, Ukraynaya siyasi, humanitar, maliyyə, eləcə də silah tədarükü baxımından lazım olan müddətdə dəstək verəcəyik” deyə o bildirib.

Kansler əlavə edib ki, ölkəsi Ukraynadakı münaqişənin başlanğıcından bəri aparıcı rol oynayıb. Onun sözlərinə görə, Almaniya Ukraynaya 14 milyard avrodan çox yardım ayırıb.

Son xəbərlər
Digər xəbərlər