17 C
Baku
Thursday, May 2, 2024

Son 2 ildə Azərbaycanın bank sektorunun işçilərinin sayı 4 min nəfərdən çox artıb

Azərbaycanda bank işçilərinin sayı 22777 təşkil edir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 31.12.2022-ci il tarixinə olan hesabatına istinadən xəbər verir.

Ötən ilin dekabr ayında bank işçilərinin sayı 226 nəfər artıb.

2022-ci ilin sonuna olan göstəricini 2021-ci ilin sonu ilə müqayisə etdikdə 2448 nəfər və ya 12% artım müşahidə olunur. 2 illik müqayisədə isə bank əməkdaşlarının sayı 4069 nəfər və ya 21.8% artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər