7 C
Baku
Thursday, December 12, 2024

“Son 20 ildə 3 milyard manatdan çox güzəştli kredit verilib”

Son 20 ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu sahibkarlıq subyektlərinin 45 600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 3 milyard manatdan çox güzəştli kredit verib.

Bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda keçirilən “Dövlət-Sahibkar Tərəfdaşlığı:Dayanıqlı İqtisadiyyatın Əsası” mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, bu dövrdə maliyyələşdirilmiş layihələr hesabına 176 mindən çox yeni iş yerinin açılması imkanı yaranıb. Bunun da 80%-dən çoxu regionların payına düşür: “Azərbaycanda sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilib. Regionların yeni sosial-iqtisadi reallığından söz açarkən, ilk növbədə 2004-cü ildən bugünədək ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası yada düşür. Ötən illər ərzində şəhər və rayonlarda, kəndlərdə, qəsəbələrdə infrastruktur layihələri uğurla gerçəkləşib, ölkə vətəndaşlarının həyat tərzinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülmüş və hazırda inkişafa hesablanmış belə layihələrin miqyası genişləndirilir”.

“2022-ci ildə regionlar üzrə məhsul buraxılışının real həcmi 2003-cü ilə nisbətən 4.7 dəfə böyüyüb, əhalinin gəlirləri isə 10 dəfədən çox artıb. 2004-cü ildən bəri regionlarda 52 mindən artıq yeni müəssisə və 1.8 milyondan çox yeni iş yeri yaradılıb”, – deyə M.Musayev əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər