7 C
Baku
Sunday, December 15, 2024

Üç ildir yaradılan “Xəmsə” sığorta brokeri ₼4.5 mln. xalis mənfəət əldə edib, gəlirlərdə “sıçrayış” baş verib

2020-ci ilin yayında təsis edilən “Xəmsə” Sığorta və Təkrarsığorta Brokeri” MMC yarandığı gündən 2023-cü ilin sonuna qədər 4 milyon 545 min manatlıq xalis mənfəət əldə edib. Əlavə olaraq, 2023-cü ildə gəlirlərində “sıçrayış” baş verib.

Banker.az xəbər verir ki, sığorta brokerinin 2023-cü il üzrə gəlirləri 35 milyon 225 min manat olmaqla 2022-ci ildə qeydə alınmış 7 milyon 362 min manatı 5 dəfə üstələmiş olub. Şirkətin əməliyyat xərcləri 31 milyon 562 min manat olub ki, bu da onun ümumi mənfəətini 3 milyon 663 min manata yüksəldib.

Şirkət 2020-ci ildə təsis edilsə də, 2021-ci ildən fəaliyətə başlayıb. İlk maliyyə ilini 89 min manat zərər edib, 2022-ci ildən 662 min, 2022-ci ildə 1 067 min, 2023-cü ildə isə 2 816 min manat xalis mənfəət əldə edib.

Şirkət təsis edilərkən onu 1000 manat nizamnamə fondu ilə təsis ediblər. Lakin hazırda cəmi kapitalın həcmi yığılmış mənfəətlər hesabına 1 mln. 847 min manata yüksəlib. Şirkət səhmdara bölüşdürülməmiş mənfəətindən 1 mln. 947 min manat dividend ayırıb.

“Xəmsə Sığorta və Təkrarsığorta Brokeri” MMC 2023-cü ilin əvvəlində 21 mln. manat olan aktivi ilin sonuna 54 mln. manata qaldırıb və bunun da 50 mln. manata yaxın hissəsi debitor borclardır. Öhdəliklərin həcmi ötən ilin əvvəlində 20 mln. manat olduğu halda, ilin sonuna 52 mln. manata qədər artım göstərib.

Son xəbərlər
Digər xəbərlər