27 C
Baku
Sunday, April 28, 2024

Son 300 ilin ən böyük almazı kəşf edildi

Avstraliyanın mədən şirkəti “Lucapa Diamond Co” Anqolada son üç əsrdə kəşf edilmiş ən böyük almazı kəşf edib.

“Lucapa Diamond Co” və onun tərəfdaşları “Endiama E.P.” və “Rosas & Petalas” şirkətlərinin birgə açıqlamasında deyilir ki, 170 karatlıq almaz Lulo allüvial mədənindən çıxarılıb.

Banker.az BloombergHT-yə istinadən xəbər verir ki, Anqola dövlətinə məxsus almaz “Sodiam” ticarət şirkəti tərəfindən keçirilən beynəlxalq auksion vasitəsilə satılacaq.

Qeyd edək ki, rəngsizlərə nisbətən daha nadir tapılan rəngli brilyantlar son illərdə rekord qiymətlərə satılır. Aprel ayında Honq-Konqdakı “Sotheby’s” hərracında “De Beers”in “Cullinan” mavi almazı $57.5 ​​milyona satılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər