15 C
Baku
Friday, March 29, 2024

Son aylarda Azərbaycanda işsizlərin sayı artıb

Son aylarda Azərbaycanda işsizlərin sayı artmaqdadır.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2023-cü il aprelin 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 361.6 min nəfər olub, onlardan 5 milyon 59.1 min nəfərini məşğul əhali olub. Beləliklə, işsiz əhalinin sayı mart ayında 0.2 min nəfər artmaqla 302.5 min nəfər təşkil edib. Bu da ölkədə işsizlik səviyyəsinin son ayda 5.640%-dən 5.642%-ə yüksəlməsidir.

6575756

Cari il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 715.8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 901 min nəfər, qeyri-dövlət sektorunda isə 814.8 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 32 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 683.8 min nəfər çalışıb.

2023-cü il mart ayının 1-i vəziyyətinə iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla çalışan işçilərin sayı (min nəfər)
 İqtisadi fəaliyyət növləri Cəmi o cümlədən
dövlət qeyri-dövlət
Ölkə üzrə – cəmi 1715.8 901.0 814.8
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 61.8 25.0 36.8
Mədənçıxarma sənayesi 33.5 11.7 21.8
Emal sənayesi 124.5 17.5 107.0
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 27.8 27.3 0.5
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 33.3 30.3 3.0
Tikinti 115.2 24.7 90.5
Ticarət; nəqliyyat vasitələrinin təmiri 321.9 2.2 319.7
Nəqliyyat və anbar təsərrüfatı 72.5 42.6 29.9
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 35.7 1.4 34.3
İnformasiya və rabitə 31.3 13.9 17.4
Maliyyə və sığorta fəaliyyəti 35.2 7.0 28.2
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 16.9 5.6 11.3
Peşə, elmi və texniki fəaliyyət 59.9 31.0 28.9
İnzibati və yardımçı xidmətlərin göstərilməsi 86.8 65.6 21.2
Dövlət idarəetməsi və müdafiə; sosial təminat 111.6 106.2 5.4
Təhsil 333.7 319.7 14.0
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 142.1 117.8 24.3
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 53.5 48.5 5.0
Digər sahələrdə xidmətlərin göstərilməsi 18.6 3.0 15.6

 

Son xəbərlər
Digər xəbərlər