Azərbaycanda metallurgiya sənayesi məhsulları alüminim məhsulları istisna olmaqla böyük fərqlə öncəki ildəki göstəricilərdən geri qalıb. Bu barədə Dövlət Statistikasının göstəricilərində deyilir.
2020-ci il ərzində Azərbaycanda polad tökmə 249.3 min ton (-23.5%), armatur 223 min ton (-25.8%), polad borular 30.4 min ton (-38.7%), emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə) 30.2 min ton (-7.6%) və alüminium məhsulları (çubuqlar, millər və profillər) 2.41 min ton (+79.8%) təşkil edib.
Hazır metal məmulatlarının istehsalı. Ötən il ərzində 24.65 mln. manatlıq qara metallardan yığma tikinti konstruksiyaları istehsal edilib.
Hesabat dövründə 37 min ton qara metallardan sair konstruksiyalar və 5.25 min ton misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellər istehsal edilib.