10 C
Baku
Friday, December 13, 2024

“Sony” illik gəlir üzrə yeni rekord qırıb

Yaponiyanın “Sony Group” korporasiyası 2021-ci maliyyə ilində rekord əməliyyat mənfəəti əldə edib. Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Xatırladaq ki, cari maliyyə ili 2022-ci ilin mart ayında başa çatır.

2021-ci maliyyə ilində şirkətin illik mənfəəti 1 trilyon yeni keçərək 1.02 trilyon yen (indiki məzənnə ilə 7.8 milyard dollar) çatıb. “Sony”nin gəlir artımı insanların evdə daha çox vaxt keçirməyə başladığı koronavirus pandemiyası ilə əlaqələndirilir.

Bildirilir ki, şirkətin əməliyyat mənfəəti il ərzində 25.9% artıb.

Korporasiya pandemiya dövründə insanların daha tez-tez filmlərə baxmağa və musiqi dinləməyə başladığını qeyd edib.

Son xəbərlər
Digər xəbərlər