24 C
Baku
Friday, April 26, 2024

“Sony” insanabənzər robotların istehsalına hazır olduğunu bildirib

“Sony” korporasiyasının baş texnoloqu Hiroaki Kitano kompaniyanın insanabənzər robotların istehsalına hazır olduğunu bildirib.

Hiroaki Kitano bunu Reuters agentliyinə müsahibəsində deyib.

“Dünyanın bir neçə kompaniyası, o cümlədən “Sony” perspektivi aydınlaşan kimi insanabənzər robotların tez bir zamanda istehsalı üçün kifayət qədər texnologiyaya malikdir”, – deyə o bildirib.

Məişət və peşəkar elektronika məhsulları istehsal edən və maliyyə xidmətləri göstərən “Sony” kinofilmlər, televiziya və musiqi proqramları, video oyun konsolları və kompüter oyunları hazırlayan törəmə şirkətləri ilə dünyanın ən böyük media korporasiyalarından biridir. Korporasiya “Sony Music Entertainment” səsyazma markasına, “Columbia Pictures” və “TriStar Pictures” kinostudiyalarına, həmçinin MGM studiyasının filmlərinin tam arxivinə (ABŞ-ın “Comcast” kompaniyası ilə müştərək) sahibdir.

Holdinqin digər bölmələri müxtəlif maliyyə xidmətləri – müxtəlif sığorta növləri, lizinq fəaliyyəti və kreditləşmə ilə məşğul olur.

MənbəAzərtac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər