26 C
Baku
Wednesday, April 24, 2024

“Sony” iPhone üçün qeympad təqdim edib

“Sony” şirkəti iPhone smartfonları üçün oyun ləvazimatları istehsalçısı “Backbone” ilə birlikdə qeympad təqdim edib. Cihaz “Backbone One — PlayStation Edition” adını alıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Aksesuar bütün yeni iPhone modellərini dəstəkləyir – 13 Mini-dən tutmuş 13 Pro Max-a qədər. Qeympad həmçinin 3.5 mm-lik qulaqlıq girişi nəzərdə tutur.

“Backbone One” – “PlayStation Edition Apple Arcade”, “Xbox Game Pass” və “Stadia”dan həm mobil, həm də konsol oyunlarını dəstəkləyir. Aksesuarın qiyməti 100 dollar təşkil edir. Onun 2022-ci ilin payızında satışa çıxacağı gözlənilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər