12 C
Baku
Tuesday, May 7, 2024

Sony milyardlarla dollar itirdi

Sony şirkəti öz smartfon biznesində kütləvi sayda itkilərlə üzləşdi. Şirkət rəhbərinin verdiyi məlumata görə, Sony Çin istehsalçıları tərəfindən güclü rəqabət təzyiqinə məruz qalmışlar.

Şirkət 30 sentyabrda başa çatan 2014-2015-ci maliyyə ilinin II rübünün yekunlarına görə 172 milyard yen (1,6 milyard dollar) həcmində əməliyyat zərəri ilə üzləşib. Bir il əvvəl isə şirkət 8,8 milyard yen həcmində gəlir əldə etmişdi.

Sony Mobile-ın gəliri 308,4 milyard yen (2,8 milyard dollar) təşkil etmişdir ki, bu keçən illə müqayisədə çox az fərqin olduğunu göstərir.

Sony şirkətinin icraçı direktoru Kazuo Hirai keçən ay şirkətin biznesi ilə bağlı vəziyyəti şərh edərkən bildirmişdi ki, Sony şirkəti Çin smartfon istehsalçıları ilə gərgin rəqabətdədir. İlk beşliyə daxil olan şirkət öz bazar vəziyyətini Huawei, Xiaomi və Lenovo kimi şirkətlərə vermişdir.

Qeyd edək ki, Xiaomi 2014-cü ilin III rübünün yekunlarına görə Top-5 istehsalçı reytinqinə daxil ola bilmiş və üçüncü pilləyə yiyələnmişdi. Lenovo isə dördüncü pillədə qərarlaşmışdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər