16 C
Baku
Friday, May 3, 2024

“Sony” PS5-in yeni versiyasını təqdim edəcək, qiyməti $399 olacaq

Yaponiyanın “Sony” şirkəti PlayStation 5 konsolunun yeni versiyalarını təqdim etməyə hazırlaşır – 2023-cü ilin sonunda PS5 Slim, 2024-cü ildə isə daha güclü PS5 Pro işıq üzü görəcək, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“Sony”nin PlayStation 5-in yeni versiyalarını buraxmağı planlaşdırdığı barədə daha əvvəl insayder Tom Henderson məlumat vermişdi.

“Sony” oyun avadanlıqlarının istehsalını artırmağa davam edir: 2023-cü ilin may ayında şirkət PlayStation 5 üçün Project Q adlı yeni aksessuarı təqdim edib. “Bloomberg”ə görə, 2023-cü ilin fevralında buraxılan PlayStation VR2 virtual reallıq dəbilqəsinin satışı gözləntiləri doğrultmayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər