15 C
Baku
Friday, May 3, 2024

“Sony” rekord rüblük mənfəət əldə edib

Yaponiyanın elektronika istehsalçısı “Sony” bu gün martın 31-də başa çatan 2022-ci maliyyə ilinin nəticələrini açıqlayıb. Rüb ərzində şirkət 3.06 trilyon yen (22.7 milyard dollar) gəlir əldə edib ki, bu da bir il əvvəlki göstəricidən 35% çoxdur və analitiklərin proqnozlarından yüksəkdir.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Bütün il ərzində şirkət 11.5 trilyon yen (84.7 milyard dollar) gəlir və 1.21 trilyon yen (8.9 milyard dollar) mənfəət iəldə edib ki, bu da şirkət üçün rekorddur.

2022-ci maliyyə ilində “Sony” 19.1 milyon PlayStation 5 oyun konsolu satıb. Xatırladaq ki, bir il əvvəl şirkət COVID-19 pandemiyası ilə bağlı maddi-texniki problemlər səbəbindən cəmi 11.5 milyon konsol sata bilmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər