5 C
Baku
Saturday, December 14, 2024

“Sony” Rusiyaya konsol və oyun tədarükünü dayandırır

Yaponiyanın “Sony” şirkəti Rusiyaya konsol, periferiya və oyunların tədarükünü, eləcə də “Playstation Store” onlayn mağazasının dəstəyini dayandırmaq qərarını verib.

Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə cümə axşamı şirkət məlumat yayıb.

“Sony Interactive Entertainment Ukraynada sülh çağırışı ilə beynəlxalq ictimaiyyətə qoşulur”, – mesajda bildirilib. Şirkət həmçinin bu faciənin qurbanlarına dəstək olmaq üçün humanitar kanallar vasitəsilə Ukraynaya 2 milyon dollar göndərəcəyini bildirib.

Fevralın 24-ü Rusiya Prezidenti Vladimir Putin Donbas respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. O, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalının daxil olmadığını qeyd edib. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib.

Son xəbərlər
Digər xəbərlər