8 C
Baku
Thursday, December 12, 2024

“Sony” və “Honda” birgə elektromobillər istehsal edəcəklər

Yaponiya avtomobil istehsalçısının məlumatına görə, “Sony” və “Honda” elektrik avtomobilləri istehsal etmək üçün birgə müəssisə açacaqlar.

Anlaşma memorandumundan belə çıxır ki, 2022-ci ilin sonuna kimi elektrik avtomobillərinin, eləcə də yeni mobillik xidmətlərinin inkişafı və satışı üzrə birgə müəssisə yaradılacaq.

Birgə müəssisə çərçivəsində “Honda” elektromobillərin inkişafı, onların istehsalı və satışdan sonrakı xidmətləri, “Sony” isə elektronika və xidmətlərə cavabdeh olacaq.

Xatırladaq ki, daha əvvəl “Sony” üç konsept avtomobilini təqdim edib – 2020-ci ildə “Sony Vision-S”, 2022-ci ildə isə “Sony Vision-S 01” liftbəkləri və “Sony Vision-S 02” krossoverləri nümayiş etdirilib.

Son xəbərlər
Digər xəbərlər