“Sony” və “Honda” birgə yaratdıqları yeni avtomobil markasının adını açıqlayıblar. Məlumata görə, onun adı “Afeela” olacaq. “Consumer Electronics Show” sərgisi zamanı “Sony Honda Mobility”nin baş direktoru Yasuhide Midzuno şirkətin orta ölçülü sedana bənzəyən ilk avtomobilinin prototipini təqdim edib.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Baş direktorun sözlərinə görə, avtomobil 2025-ci ildə satışa çıxsa da, Amerika bazarında hələ 2026-cı ildə görünəcək. Yenilik “Honda”nın avtomobil zavodlarının birində istehsal olunacaq.
Mizuno bildirib ki, avtomobildə “Honda”nın təhlükəsizlik və sürücüyə yardım sistemləri, həmçinin “Sony”nin əyləncə və interaktiv texnologiyaları olacaq. Nəqliyyat vasitəsini inkişaf etdirərkən proqram təminatı və istifadəçi interfeysi texnologiyasına, həmçinin dinamika və performansa xüsusi diqqət yetirilib.