13 C
Baku
Friday, March 29, 2024

“Sony” və “Lego” şirkətləri “Epic Games”ə $2 mlrd. investisiya qoyur

Kompüter oyunlarının tərtibatçısı “Epic Games” metakainat yaratmaq və biznesini inkişaf etdirmək üçün 2 milyard dollar investisiya cəlb etdiyini açıqlayıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Növbəti investisiya raundunda Yaponiyanın “Sony” və Danimarkanın konstruktorlar və digər uşaq məhsulları “Lego” istehsalçısının holdinqi “Kirkbi” şirkəti iştirak edib. Onlardan biri “Epic Games”ə 1 milyard dollar sərmayə qoyub.

Xatırladaq ki, daha əvvəl “Sony”, “Lego” və “Epic Games” uzunmüddətli tərəfdaşlıq elan etmişdi, Bu təcrübənin uşaqlarda yaradıcılığı inkişaf etdirməyə kömək edəcəyi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər