14 C
Baku
Thursday, March 28, 2024

“Sony”nin bazar dəyəri $25 mlrd. azalıb

İlin əvvəli “Sony” üçün çətin olub: yapon şirkəti “PlayStation 5” oyun konsolları üçün satış proqnozunu aşağı salmağa məcbur edib.

Banker.az xəbər verir ki, bununla yanaşı, şirkət “Activision Blizzard”ı təxminən 70 milyard dollara almaq niyyətini açıqlayan “Microsoft”la rəqabət problemi ilə üzləşib.

Bunun fonunda “Sony”nin səhmlərinin qiyməti ilin əvvəlindən 13% ucuzlaşıb ki, bu da bazar kapitallaşmasının 25.71 milyard dollar azalmasına gətirib çıxarıb.

Dünyanın bir çox şirkətlərin kimi, “Sony” də smartfonlardan tutmuş avtomobillərə qədər hər şeyin istehsalçılarına təsir edən qlobal yarımkeçirici çatışmazlığına qarşı durmağa çalışır. “PlayStation 5”ə tələb yüksək olsa da, şirkət çip çatışmazlığı səbəbindən istehsalını artıra bilmir.

“Tələblə bağlı heç bir problem yoxdur, yalnız o mənada ki, tələb təklifi üstələyir”, – deyə Tokionun “Kantan Games” konsaltinq şirkətinin baş direktoru Serkan Toto söyləyib.

Son xəbərlər
Digər xəbərlər