“Sony Group” 2023-cü maliyyə ilinin üçüncü rübünü (2023-cü ilin oktyabr-dekabr ayları) rekord gəlirlə başa vurub və 3.75 trilyon yen (24.9 milyard dollar) təşkil edib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə gəlir artımı 22% olub. Yapon şirkətinin rübdə xalis mənfəəti də 13% artaraq 363.9 trilyon yenə (2.41 milyard dollar) çatıb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.
Hər iki əsas göstərici analitiklərin gözlədiyindən daha yaxşı olub. Bununla belə, şirkətin oyun bölməsi “Sony” rəhbərliyinin gözləntilərini doğrultmayıb. “Sony” 2023-cü maliyyə ili üçün satılan oyun konsollarının sayı ilə bağlı proqnozunu 25 milyondan 21 milyona endirib. Hesabat rübü ərzində şirkət 8.2 milyon, maliyyə ilinin doqquz ayında isə 16.4 milyon ədəd konsol satıb.
Bununla yanaşı, şirkət maliyyə xidmətləri bölməsini ayrı bir şirkətə çevirəcəyini açıqlayıb. O, səhmlərin kütləvi təklifi yolu ilə rəsmiləşdiriləcək. Şirkət “Sony Financial Group” səhmlərinin təxminən 80%-ni siyahıya salmağı planlaşdırır. Listinq 2025-ci ilin oktyabr ayına planlaşdırılıb.