25 C
Baku
Saturday, July 27, 2024

“S&P” AMB-nin valyuta ehtiyatları ilə bağlı proqnozunu açıqlayıb

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları ilə bağlı proqnozunu açıqlayıb.

“S&P”nin proqnozuna əsasən, bu il AMB-nin valyuta ehtiyatları 7.489 milyard (2021-ci ilə nisbətən 5.8% çox) dollar təşkil edəcək.

“S&P” hesab edir ki, 2023-cü ilə AMB-nin ehtiyatları 7.731 milyard dollara, 2024-cü ildə 7.782 milyard dollara kimi yüksələcək. 2025-ci ildə isə bu rəqəm bir qədər azalaraq 7.743 milyard dollara bərabər olacaq.

Qeyd edək ki, iyulun 8-də Beynəlxalq Valyuta Fondu (BVF) AMB-nin valyuta ehtiyatları ilə bağlı proqnozunu açıqlamışdı. BVF-nin proqnozuna görə 2022-ci ildə AMB-nin valyuta ehtiyatları 7.275 milyard manat olacaq. Bu isə “S&P”nin proqnozu ilə müqayisədə aşağıdır.

“S&P Global Ratings” həmçinin manatın məzənnəsinin 2026-ci ilə kimi sabit qalacağını proqnozlaşdırıb. Bildirilib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müntəzəm müdaxilələri ilə manatın məzənnəsi bir dollar üçün 1.7 manat səviyyəsində sabit qalacaq.

Son xəbərlər
Digər xəbərlər