11 C
Baku
Wednesday, December 11, 2024

“S&P” avrozonada ÜDM-in artımı ilə bağlı proqnozunu azaldıb

“Standard and Poor’s” beynəlxalq reytinq agentliyi 2022-ci ildə avrozonada ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozunu 4,4%-dən 3,3%-ə endirib.

Buna səbəb Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində enerji daşıyıcılarına tələbatın artmasıdır.

Eyni zamanda regiondakı inflasiya səviyyəsinin bu il və gələn il arta biləcəyi də qeyd olunur.

“Böyük Britaniya iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəyə qədər dirçəlsə də, hazırda misli görünməmiş inflasiya artımı ilə üzləşib. Bu il ölkədə inflasiyanın orta hesabla 6,3% təşkil etməklə II rübdə 8%-lik pik nöqtəsinə çatacağı, daha sonra da Rusiya ilə Ukrayna arasında münaqişə daha da güclənməsə, tədricən səngiyəcəyi ehtimal olunur” – deyə qurumun hesabatında qeyd olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər