9 C
Baku
Thursday, December 12, 2024

S&P: Azərbaycan banklarının özəl sektora kredit qoyuluşu 2025-ci ilə kimi artacaq

Azərbaycan banklarının özəl sektora kredit qoyuluşu 2025-ci ilə kimi artacaq.

Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilib. Agentlik hesab edir ki, Azərbaycan banklarının özəl sektora kredit qoyuluşu 2022-ci ildəki 2.7% azalmadan sonra, bu il 2.8%, 2024-cü ildə isə 2.1% artacaq.

“Standard & Poor’s” həmçinin, bankların özəl sektora kredit qoyuşulunun ümumdaxili məhsulda (ÜDM) payının artacağını proqnozlaşdırıb.

Bankların sektora kredit qoyuluşunun ÜDM-ə nisbətinin 2022-ci ildə 15.6%-dən 2023-cü ildə 18.5%-ə, 2024-cü ildə isə 20.5%-ə qədər artacağını müəyyən edib.

Reyinq agentliyi həmçinin, Azərbaycanda həm istehlak kreditləri, həm də biznes kreditləri portfelinin ÜDM-ə nisbətinin artacağını açıqlayıb. S&P-yə görə, bankların istehlak kreditləri portfelinin ÜDM-də payı 2022-ci ildəki 8.8%-dən 2023-cü ildə 10.2%-ə, 2024-cü ildə isə 11.9%-ə yüksələcək. Sektorun biznes kreditləri isə 2023-cü ildə ÜDM-in 8.3%, 2024-cü ildə isə 8.7%-nə qədər artacaq.

Qeyd edək ki, ötən il üzrə bu rəqəm 6.9% təşkil edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər