15 C
Baku
Tuesday, April 30, 2024

“S&P” Azərbaycanda işsizlik səviyyəsinin 5%-dən aşağı düşəcəyini proqnozlaşdırır

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2024-cü il üzrə Azərbaycanda işsizlik səviyyəsinin 5%-dən aşağı olacağını gözləyir.

Reytinq agentliyinin məlumatına əsasən, S&P 2024-cü il üzrə Azərbaycanda işsizlik səviyyəsini 4.7% proqnozlaşdırıb. Bu isə beynəlxalq maliyyə təşkilatlarının Azərbaycanda işsizliklə bağlı proqnozlarından aşağıdır. Adətən, Azərbaycanda işsizliklə bağlı proqnozlar 5-6% civarında müəyyən edilir.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu yenicə açıqladığı hesabatında 2024-2025-ci illər üzrə Azərbaycanda işsizlik səviyyəsini 5.5% proqnozlaşdırıb.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər