6 C
Baku
Sunday, December 15, 2024

“S&P Global Ratings”: “Pandemiyanın ən kəskin dövrü arxada qalıb”

“Koronavirus pandemiyasının ən sərt dövrü artıq arxada qalıb, peyvəndləmə işlərinin daha geniş vüsət alması dünya iqtisadiyyatının dirçəlişinə təkan verir”.

Bunu “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin baş iqtisadçısı Paul Gruenvald təşkil etdikləri virtual Maliyyə Təsisatları Konfransında bildirib.

“Bizim ekspertlərin dediyinə görə, əlavə peyvəndləmə daha az təcrid, istehlakçıların daha çox arxayınlığı və daha çox pul xərcləmələri demək olacaq. Peyvəndləmənin əhatəsi artsa,- Avropa bunun bariz nümunəsidir,- iqtisadiyyatın daha sürətli dirçəlməsinə nail olmaq mümkündür”, – ekspert deyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər