S&P-nin nümayəndələri Azərbaycana niyə gəlmələrinin səbəbi açıqlanıb

Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) Azərbaycanın suveren kredit reytinqinin müəyyən olunması məqsədilə ölkəmizdə səfərdə olan “Standard&Poor’s” (S&P) reytinq agentliyinin nümayəndələri ilə görüş keçirilib.

Banker.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, görüşdə S&P nümayəndələrinə maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması istiqamətində Palatanın gördüyü işlər və bu sahədə Palatanın üzərinə düşən vəzifələr barədə məlumat verilib.

Həmçinin S&P nümayəndələrinin Azərbaycanın bank sektorunun sabitliyi, hüquqi və tənzimləyici çərçivə üzrə son yeniliklər, bu sahədə mövcud problemlər və s. barədə sualları cavablandırılıb.benjamin

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər