10 C
Baku
Thursday, December 12, 2024

S&P: Qarabağa yatırımlar Azərbaycanın qeyri-neft sektorunda artımı dəstəkləyəcək

Qarabağa yatırımlar Azərbaycanın qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləyəcək.

Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi proqnozunda bildirilib.

Qeyd edilib ki, Azərbaycanın iqtisadi artımı 2024-cü ilin ilk dörd ayı ərzində daha güclü model nümayiş etdirib və real ÜDM illik müqayisədə 4,3% artıb və bu, əsasən qeyri-neft sektorunun hesabına olub, neft sektoru isə azalıb.

2024-cü ilin yanvar-aprel aylarında qeyri-neft sektoru yük və sərnişin daşımalarının, informasiya və rabitə xidmətlərinin və pərakəndə ticarət dövriyyəsinin genişlənməsi ilə demək olar ki, 8% artıb. Tikinti sektorunda güclü artım əsasən hökumətin işğaldan azad olunmuş Qarabağ regionuna qoyduğu investisiyalarla bağlıdır.

“Qarabağla bağlı investisiyalar qeyri-neft sektorunda artımı dəstəkləyir. Biz qeyri-neft sektorunun ortamüddətli perspektivdə hər il 3-4% artacağını gözləyirik. Struktur islahatları və davamlı iqtisadi şaxələndirmə səyləri, fikrimizcə, məhdudlaşdırılıb ki, bu da daha sürətli inkişafa maneə yaradır”- S&P əlavə edib.

Son xəbərlər
Digər xəbərlər