5 C
Baku
Friday, March 29, 2024

“Spartak”a yenicə keçən azərbaycanlı futbolçu “burun sındırdı”, indi də 132 min manatlıq cəzalanıb

Moskvanın “Spartak” klubu Rusiya millisinin yarımmüdafiəçisi, Azərbaycan əsilli futbolçu Ayaz Quliyevi piyadaya hücum etdiyi üçün cəzalandırıb. Bu barədə “Çempionat” nəşri xəbər verir.

Məlumata əsasən, yarımmüdafiəçi 5 milyon rubl (təqribən 132,154 AZN) cərimələnib. Onun “Spartak”-dakı qazancı 6 milyon (158,543) rubldur. Bundan əlavə, oyunçu əsas heyətdən kənarlaşdırılıb. Oyunçu ikinci heyətlə məşq edəcək.

Qeyd edək ki, “Mercedes” markalı avtomobilin sükanı arxasında olan Quliyevlə işıqforun qadağanedici işığına məhəl qoymayaraq piyada keçidindən keçən ABŞ vətəndaşı Con Eli arasında başlayan qarşıdurma davaya çevrilib. Nəticədə Quliyev Con Elinin burnunu sındırıb.

Daha sonra Quliyev səhv hərəkət etdiyini boynuna alaraq ABŞ vətəndaşından üzr istəyib və onun müalicəsinin pulunu ödəyib. ABŞ vətəndaşı isə ondan şikayətçi olmayıb.

Ayaz Quliyev bu münaqişədən sonra azarkeşlər qarşısında rəsmən üzr istəyib. Onun üzrxahlıq bəyanatı futbol klubunun rəsmi saytında yayımlanıb.

“Mən özümü aqressiv aparmışam və günahımı boynuma alıram. Bir daha zərərçəkmiş qarşısında üzr istəyirəm” – o deyib.

“Həmçinin, məni tamamilə başqa prinsiplərlə tərbiyə edən doğma klubumdan üzr istəyirəm. Eyni zamanda, indi qarşısında çox utandığım ağ-qırmızıların azarkeşlərindən üzr istəyirəm” – deyə Quliyevin bəyanatında bildirilir.

Son xəbərlər
Digər xəbərlər