“Coca-Cola” şirkəti artıq “Sprite” adlı içkisi üçün yaşıl butulkalardan istifadə etməyəcək və onu tamamilə şəffaf plastiklə əvəz edəcək. Bildirilir ki, bu, ətraf mühitə zərər verməmək istəyi ilə əlaqəlidir.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Artıq avqustun 1-dən “Sprite” yaşıl qablaşdırmadan imtina edəcək. Şirkətin izah etdiyi kimi, köhnə butulkalarda yaşıl polietilentereftalat var, hansıki təkrar emal üçün yararsızdır.
Rəngdən əlavə, “Coa-Cola” “Sprite”ın loqo və dizaynına da dəyişiklik edəcək. İçkinin etiketinin yaşıl rəngdə olacağı bildirilir. CNN-in məlumatına görə, şirkətin digər içkiləri – “Fresca”, “Seagram’s” və “Mello Yello” da yaşıl butulkalarını itirəcək.