Əsas funksiyaları:
· MS SQL Server ilə iş
· T-SQL sorğularının təkmilləşdirilməsi və optimallaşdırılması
· İdarəetmə və analitik hesabatların işlənib hazırlanması
· SSRS, SQL, Excel, Access əsasında hesabatların hazırlanması
Namizədlərə qarşı irəli sürülən tələblər:
· Ali təhsil (kompüter texnologiyaları sahəsində təhsilə üstünlük verilir).
· Ən azı 3 il müddətində məlumatlar bazası ilə iş təcrübəsi (MSSQL SERVER)
· Dərin T-SQL bilikləri, mürəkkəb sorğuları tərtib etmək və optimallaşdırmaq bacarığı
· MS SQL Reporting Services və MS Excel biliyi
· Texniki sənədlər tərtib etmək təcrübəsi
· Ünsiyyətcillik, təfsilatlara qarşı diqqətcillik, öz fikirlərini texniki və qeyri-texniki adresatlara çatdırmaq bacarığı, analitik təfəkkür, nəticələrə yönümlülük, komandada işləmək bacarığı
· Maliyyə sahəsində iş təcrübəsi (üstünlük verilir)
· Azərbaycan və rus dillərini mükəmməl, ingilis dilini texniki sənədlərin oxunması səviyyəsində bilmək
Maraqlanan şəxslər 18 dekabr 2015-ci il tarixinə qədər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.