6 C
Baku
Sunday, December 15, 2024

Şri-Lanka defolt elan edib

Şri-Lankanın Maliyyə Nazirliyi ölkənin bütün xarici öhdəlikləri üzrə ödənişlərin dayandırıldığını elan edib. Bu barədə idarənin çərşənbə axşamı yaydığı sərəncamda deyilir.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

“Nazirliyin siyasəti BVF-nin dəstəklədiyi iqtisadi transformasiya proqramına uyğun olaraq bu öhdəliklərin lazımi şəkildə yenidən qurulması üçün bütün [xarici] borclar üzrə ödənişləri müəyyən müddətə dondurmaq olacaq”, – sənəddə deyilir.

Qeyd edək ki, ölkə 1948-ci ildə müstəqillik əldə etdikdən sonra ən pis böhranı yaşayır. Buna pandemiya zamanı turist axınının azalması səbəbindən valyuta qıtlığı səbəb olub.

Son xəbərlər
Digər xəbərlər