Şri-Lanka Prezidenti Qotabaya Racapaksa Baş nazir Ranil Vikramasinqeni istefaya getməyə hazır olması barədə rəsmən məlumatlandırıb.
Bu barədə “Reuters” məlumat yayıb.
Qeyd edək ki, iyulun 9-da dövlət başçısının iqamətgahının ələ keçirildiyi və 100-dən çox insanın yaralandığı iğtişaşlar fonunda Q.Racapaksa iyulun 13-də vəzifəsini tərk edəcəyini bildirib. Onun harada olduğu hələlik məlum deyil.