Şri-Lanka prezidenti geri dönəcək.
Etiraz aksiyalarından sonra ada dövlətindən qaçan Qotabaya Rajapaksanın gələn həftə ölkəyə qayıdacağı gözlənilir.
Bu barədə xarici işlər naziri Əli Sabri bildirib.
Şri-Lanka hökuməti Rajapaksanın geri qayıtması barədə “diplomatik kanallar vasitəsilə” məlumatlandırılıb.
“Rəsmi olaraq biz bu prosesdə iştirak etmirik. O, Şri-Lanka vətəndaşıdır və istədiyi kimi səyahət edə bilər”, – deyə Sabri bildirib.
Rajapaksanın əmisi oğlu, Şri-Lankanın Rusiyadakı keçmiş səfiri Udayanqa Viratunqa jurnalistlərə bildirib ki, keçmiş lider avqustun 24-də qayıdacaq.