28 C
Baku
Saturday, July 27, 2024

“Stack Overflow” forumu 1.8 mlrd. dollara satılıb

Amerikanın “Stack Overflow” forumu Hollandiyanın “Prosus” şirkətinə satılıb. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Bildirildiyi kimi, müqavilənin dəyəri 1.8 milyard dollar təşkil edib.

“Stack Overflow” – aylıq auditoriyası 100 milyondan çox olan dünyanın proqramçılar üçün ən populyar forumlarından biridir. Xidmət əsasən kod axtarmaq məqsədilə istifadə olunur və tamamilə pulsuzdur.

“Stack Overflow” 2008-ci ildə “Microsoft Excel”in yaradıcısı Coel Spolski tərəfindən qurulub. Xidmətin alıcısı Hollandiyanın “Prosus” şirkəti olub. “Prosus”un investisiyaları sırasında “OLX”, “PayU”, “Delivery Hero”, “Tencent”, indi isə “Stack Overflow” yer alır.

“Stack Overflow” və “Prosus” heç nəyi dəyişdirməyəcəklərini, yeni qadalar tətbiq etməyəcəklərini bildiriblər – hər şey əvvəlki qaydada işləyəcək.

“Prosus” bu aktivi inkişafetdiricilərə tələbin artması fonunda əldə edib. Bu, şirkətin indiyədək ən böyük müqaviləsi olub.

Son xəbərlər
Digər xəbərlər