26 C
Baku
Saturday, July 27, 2024

STAR neft emalı zavodu xam neft idxalını artırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna 2022-ci ilin mayında 868 507 ton xam neft idxal olunub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 27,8 faiz çoxdur. 2021-ci ilin fevralında zavod 679 646 ton neft idxal etmişdi.

Bu barədə Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, STAR may ayında 132 179 ton aviasiya yanacağı, 574 576 ton benzin, 16 963 ton mayeləşdirilmiş neft qazı, 122 710 ton nafta, 61 206 ton neft koksu, 34 418 ton qaz, 6 988 ton digər keçid məhsulu və 128 353 ton digər məhsul istehsal edib.

Son xəbərlər
Digər xəbərlər