4 C
Baku
Friday, March 29, 2024

“Startaplarla bağlı qanunvericilik bazası hazırlanır”

“Gələn il startaplarla bağlı qanunvericilik bazası hazırlanacaq. Hazırda bu müzakirə mövzusudur”.

Bunu  açıqlamasında Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.

“Biz düşünürük ki, 2022-ci ildə artıq həmin qanunvericiliyi ictimai müzakirəyə təqdim edək və burada aidiyyəti qurumlar da iştirak etsin. Bu səbəbdən də hazırda hazırlanma prosesində olan qanunvericilik bazası ilə bağlı geniş məlumat verə bilmirik”.

Nazir müavini əlavə edib ki, hazırda həmin qanunvericiliyin üzərində 10-dan artıq qurum çalışır.

Mövcud qanunvericilikdə startapın tərifini, əlamətlərini və meyarlarını Vergi Məcəlləsində və Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”nda tapmaq olar. Startap – innovativ təşəbbüsə əsaslanaraq həyata keçirilən, müvafiq orqan tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən orqan tərəfindən “Startap” şəhadətnaməsi verilmiş şəxslərin həyata keçirdiyi sahibkarlıq fəaliyyətidir.

“Startap” şəhadətnaməsini əldə etmək üçün müraciət edən şəxslər bu meyarlara cavab verməlidir: mikro və ya kiçik sahibkarlıq subyekti olması; orta və (və ya) iri sahibkarlıq subyekti olan təsisçilərin hüquqi şəxsdə payının 49 %-dən çox olmaması; rezident vergi ödəyicisi olması.“Startap” şəhadətnaməsi sahibkarı il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edir.

Qeyd edək ki, Azərbaycan hökuməti ölkədə startap ekosistemini yaxşılaşdırmaq və ABŞ-ın məşhur “Silikon vadisi”nin alternativi olan “Abşeron vadisi”ni yaratmaq istəyir

MənbəReport
Son xəbərlər
Digər xəbərlər