“Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyirik”.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, rəsmi Ankara Aİ-yə üzv olmalıdır.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün deyib ki, Türkiyənin Aİ-yə üzvlüyünə şərait yaradıldıqdan sonra Ankara İsveçin NATO-ya üzvlüyünü təsdiqləyəcək.