NATO-nun baş katibi Yens Stoltenberq avqustun 28-də Kiyevin tələb etdiyi Ukrayna-NATO Şurasının iclasını çağıracaq.
Bu barədə “Reuters” məlumat yayıb.
“Görüş səfirlər səviyyəsində keçiriləcək. Ukraynanın müdafiə naziri Rustem Umerovun videobağlantı vasitəsilə müttəfiqlər üçün prioritet hərbi ehtiyaclar barədə brifinq keçirəcəyi gözlənilir”, – agentlik alyans nümayəndəsinin sözlərindən sitat gətirir.