NATO Baş katibinin bəyanatı alyansın Ukraynanın tərəfində vuruşduğunu təsdiqləyir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov NATO Baş katibi Yens Stoltenberqin Rusiyanın Ukraynada qələbəsinin alyansın məğlubiyyəti olacağı ilə bağlı bəyanatını şərh edərkən bildirib.
“Stoltenberqin Rusiya Federasiyasının Ukraynada qələbəsinin NATO-nun məğlubiyyəti olacağı barədə bəyanatı alyansın Ukraynanın tərəfində vuruşduğunu təsdiqləyir”, deyə Kremlin sözçüsü vurğulayıb.