16 C
Baku
Sunday, April 28, 2024

Stoltenberqin Cənubi Qafqaza səfərində müzakirə olunan mövzular açıqlanıb

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Yens Stoltenberqin regiona səfəri çərçivəsində müzakirə olunan mövzuları açıqlayıb.

Bu barədə xüsusi nümayəndə “X” hesabında paylaşımında bildirib.

“Bu dəfə NATO Baş katibi Yens Stoltenberqi Azərbaycan, Gürcüstan və Ermənistana tarixi səfərdə müşayiət edərkən Qafqaza qayıtmaq xoşdur. Görüşdə ikitərəfli əməkdaşlıq, Ukraynaya dəstək, regional təhlükəsizlik, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması müzakirə olunacaq”, – o bildirib.

Xatırladaq ki, NATO Baş katibi Yens Stoltenberq Cənubi Qafqaza üç günlük səfəri çərçivəsində martın 17-18-də Bakıda yüksək səviyyəli görüşlər keçirib. Bu gün Yens Stoltenberq Bakıdan Tbilisiyə yola düşəcək, sabah isə o, Ermənistanda səfərdə olacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər