Ötən gün “Sumqayıt Texnologiyalar Parkı” MMC (STB) haqqında mətbuatda çıxan informasiya həqiqəti əks etdirmədiyini bildirib. “Çox təəssüflər olsun ki, bu cür dezinformasiya bir neçə media orqanı tərəfindən dəqiqləşdirilmədən tirajlanıbdır.” – deyə MMC-nin Banker.az-a açıqlamasında bu deyilir.
Qurum bildirir ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin təsisçisi ilə bağlı heç bir dəyişiklik olmayıb. Emin Məmmədov bu ilin mart ayında təsisçinin qərarı əsasında “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin baş direktoru təyin olunmuşdur və bu barədə məlumat ictimaiyyətə açıqlanmışdır.
“Sumqayıt Texnologiyalar Parkı” MMC ilə bağlı informasiyaları yaymamışdan qabaq ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamalarını xahiş edib.
Xatırladaq ki, “Ölkə.az” adlı informasiya portalı bildirmişdi ki, sabiq İqtisadiyyat Naziri Fərhad Əliyev STB-də görülməsi nəzərdə tutulan bütün işləri tezliklə başa çatdırmağı öz üzərinə götürmüşdür.