“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin törəmə şirkətlərindən biri “STP Metal Structures” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 75 min və ya 34.1% artırılmaqla 295 min manata çatdırılıb.
Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 2023-cü ilin avqustunda 100 min manatdan 220 min manata qaldırılmışdı və bu da cari ildə ümumilikdə 195 min manat artımdır.
Xatırladaq ki, “STP Metal Structures” 2020-ci ildə yaradılıb.