10 C
Baku
Wednesday, December 11, 2024

Süd beyinin fəaliyyətinə kömək edir

Cənubi Avstraliya Universiteti və Men Universitetinin alimləri belə hesab edirlər ki, süd məhsullarından istifadə yaddaşı və nitq fəaliyyətini yaxşılaşdırır.

Ekspertlər böyük insanlara hər gün süd içməyi məsləhət görürlər. Bu yaddaşı, diqqəti, hərəkət koordinasiyasını, nitqi, təxəyyülü inkişaf etdirməyə kömək edir. Öz fərziyyələrini sübut etmək məqsədilə onlar tərəfindən 900 könüllü şəxsin iştirak etdiyi eksperiment aparılmışdır. Bu insanlar iki qrupa bölünmüş və bir qrupun rasionu bütünlüklə süd məhsullarından təşkil olunmuşdu.

Aparılan eksperimentlərdən sonra məlum olur ki, uzun müddət rasionunda süd olmayan insanlar yeni informasiyaların qəbulunda çətinlik çəkmiş və məntiqi tapşırıqları gec həll etmişlər.

Mütəxəssislər qeyd edirlər ki, südün tərkibindəki kalsium, laktik turşu və süd yağları çox xeyirlidir. Onların fikrinə görə, böyük yaşlarda süd məhsullarından çox istifadə əzələ-hərəkət sistemlərindəki problemləri 25%-ə qədər azaldır. Bununla yanaşı, ürək və qan-damar xəstəliklərinin yaranması və inkişafı da azalır.

Son xəbərlər
Digər xəbərlər