“Sumqayıt Tekstil”ə yeni direktor təyin olundu

“Sumqayıt Tekstil” MMC-yə yeni direktor təyin edilib.

Banker.az-ın məlumatına görə, yeni təyin edilən direktor Fərid Rzabəyli Fərhad oğludur.

Onu da qeyd edək ki, 2 ay öncə Fərid Rzabəyli – STP-nin Hüquq Departamentinin Direktoru kimi təyin olunmuşdur.

Bakı Dövlət Universitetinin məzunu olan Fərid Rzabəyli NBC Bank, PAŞA Bank kimi müəssisələrdə müxtəlif vəzifələrdə çalışıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər